Yəməndə milli qurtuluş hökuməti yaradılacaq

Yəməndə milli qurtuluş hökuməti yaradılacaq
13:08 27 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
2014-cü ilin avqust ayından bəri siyasi və təhlükəsizlik sahəsində dərin böhranın hökm sürdüyü Yəməndə milli qurtuluş hökuməti yaradılacaq.
AzərTAc Əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, bu barədə qərar BMT-nin Yəməndəki xüsusi səfiri Cəmal Benomarın vasitəçiliyi ilə qəbul olunub. Onun sözlərinə görə milli dialoq prinsipləri əsasında razılaşmaya nail olmaq üçün imkanlar mövcuddur.
Yanvarın 19-da şiə üsyançılarının (husilər) prezident sarayını ələ keçirməsi ilə ölkədə yeni zorakılıq dalğası başlayıb. Ötən cümə günü isə əvvəlcə hökumət, daha sonra isə ölkə prezidenti istefa ərizəsi verib.
Yanvarın 26-da da təzyiqləri bir qədər də gücləndirən husilər respublikanın paytaxtı Sənada postlarının sayını artırıb və dövlət universitetinin binasını hücumla ələ keçiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yemende_milli_qurtulus_hokumeti_yaradilacaq-827755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR