Əbülfəs Qarayev BMT-nin baş katibi ilə görüşüb

13:12 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 13:10 ]


Bakı. Cavid Zeynallı - APA. ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Munla görüşüb.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-BMT münasibətləri, BMT sisteminə daxil olan təşkilatlar, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı (WTO), BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Nazir Pan Gi Muna Azərbaycanın qlobal sülh və dialoqa töhfə verən təşəbbüsləri barədə məlumat verərək, onu mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

 

Nazirlikdən bildiriblər ki, görüşdə ölkə prezidentinin uğurlu siyasəti nəticəsində Azərbaycanın regionda həyata keçirilən bütün vacib layihələrin aparıcı ölkəsi olduğu qeyd edilib, ölkəmizdə müxtəlif mədəniyyət və dinlərin birgə yaşama ənənələrinin tarixən bərqərar olduğu və hazırda bu ənənələrin nümunə kimi beynəlxalq səviyyədə təbliğ edildiyi vurğulanıb. Baş katib Pan Gi Mun Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhə və əməkdaşlığa töhfə verdiyini, xüsusilə prezident İlham Əliyevin Şuranın iclasına peşəkarlıqla sədrlik etməsinin onda xoş təəssürat yaratdığını qeyd edib”.

 

Pan Gi Mun 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edəcəyini bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR