Bakıda Ticarəti Mərkəzində həyəcan

Bakıda Ticarəti Mərkəzində həyəcan
13:16 27 Yanvar 2015
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının 8-ci kilometr adlanan ərazisində yerləşən "Diqlas" Ticarət Mərkəzində yanğın qeydə alınıb.

Ticarət mərkəzindəki mağazalardan birinin sahibinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğına səbəb qısaqapanma olub.

"Yanğın mənim mağazamın yerləşdiyi 3-cü mərtəbədə hiss olundu. Yanğın Ticarət Mərkəzinin adının yazılıdığı lövhənin iki hərfində başlamışdı. Əslində buna yanğın demək olmaz. Tüstü çıxan kimi yanğının qarşısı alındı. Polislər hay-küy saldılar, yanğınsöndürənlər gəldi. Hazırda heç bir yanğın yoxdur. Müdiriyyət mağazaları bir-bir gəzib yoxlayır. Yanğın çox kiçik ərazidə hiss olunur".

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi yanğınla bağlı xəbəri təsdiqləyiblər.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR