Bu qeyri-adi meyvəni tovuzlu bağban heç kimə satmır - VİDEO

Bu qeyri-adi meyvəni tovuzlu bağban heç kimə satmır - VİDEO
13:22 27 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz sakini öz bağında qeyri-adi limon növü yetişdirib. Tərkibinə və dadına görə yerli növlərdən fərqlənən bu limonun bəzən ən böyüyüyün çəkisi 2 kq olur.

TTV (Region TV) xəbər verir ki, ilk baxışdan maraq doğuran bu meyvənin yetişdirilməsi heç də asan başa gəlməyib. Tovuzun Dönük Qırıqlı kənd sakini Əminə Əliyeva deyir ki, bu sortu ilk dəfə həyat yoldaşı xaricdən gətirib və 20 ildən çoxdur ki, onlar ağaclardan məhsul əldə edirlər. Limonun birinin ağırlığı azı 1 kq-dır. Amma fərq yalnız çəki və görünüşdə deyil. Bu meyvələr satışa çıxarılmır. Limonun uzun, yumru, Gəncə, Meri sortlarını da becərən bağban deyir ki, bunlar daha çox ailənin tələbatını ödəyir və bir də qohum-qonşuya pay verilir. Yaxın vaxtlarda isə ağacların çoxaldılması nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/video/321171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR