Fındıq bahalaşıb

Fındıq bahalaşıb
13:32 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Regional TV (Region TV) xəbər verir ki, bu il havanın quraq keçməsi şimal regionunda bəzi meyvələrin də məhsuldarlıq səviyyəsini aşağı salıb. Bu sıraya quru meyvələrdən olan fındıq da daxildir.

Fındıq ötən illərə nisbətdə xeyli az məhsul verib və gözlənildiyi kimi xüsusilə qış aylarında qiyməti bahalaşıb. Satıcılar bildirirlər ki, son bir neçə ildə məhsulun qiymətində bu qədər artım müşahidə olunmayıb. Satıcıların sözlərinə görə, ötən il qiymətlər 2 manat - 2 manat 50 qəpik arasında dəyişib. Lakin bu il alınan məhsulun əsas hissəsi Rusiya və digər qonşu ölkələrə, hətta Avropa bazarlarına çıxarılır. Bu səbəbdən qış aylarında daxili bazarda bu məhsula olan tələbat artıb.

Təsərrüfatçıların sözlərinə görə, məhsul az olduğu üçün qiymətin daha da bahalaşacağı gözlənilir. Qiymətlərin artması qozda müşahidə olunmur. Hazırda 1 kq qozun qiyməti 3 manatdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/321199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR