Bakı, 21 avqust, AZƏRTAC
Türkiyənin məşhur "Ezel" serialı Cənubi Amerikada 6 ölkə ilə yayım müqaviləsi imzalayıb.
AZƏRTAC haberler.com saytına istinadla xəbər verir ki, Boliviya, Peru, Kolumbiya, Paraqvay, Braziliya və Ekvadorda nümayiş olunacaq serial Latın Amerikasında nümayiş olunan ilk və son türk ekran işi deyil. Bundan əvvəl "Min bir gecə", "Aşkı memnu" seriallarıyla geniş tamaşaçı auditoriyası qazanan ölkə telekanalları, həmçinin "Sıla", "Unutulmaz", "Gönülçelen", "Hatırla sevgili", "Bitmeyen şarkı"nı nümayiş etdirəcəklər.
Bununla da Türkiyə büdcəsinin seriallardan əldə olunan illik gəliri də artıb. 2013-cü ildə 150 milyon dollar qazanan Türkiyə filmləri, keçən il bu rəqəmi 200 milyon dollaradək yüksəldiblər.
Türk seriallarının digər uğuru isə filmlərə Bollivud və Hollivudda olan maraqdır.
"Suskunlar" serialının ssenarisini ABŞ telekanalı aldıqdan sona, Bollivud da "Ezel" serialını yenidən çəkmək qərarına gəlib.
Qeyd edək ki, seriallardan əldə olunan gəlirlərə görə Türkiyə ABŞ-dan sonra ikinci yeri tutur.