Erməni zabitlər cəzalandırıldı

Erməni zabitlər cəzalandırıldı
13:36 27 Yanvar 2015
179 Dünya
Ölkə mətbuatı
A- A+

Noyabrın 12-də Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş erməni helikopterinə görə Ermənistan ordusunun bir neçə zabiti işdən qovulub, bir neçəsi isə cəzəlandırılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi bununla bağlı xidməti istintaq aparıb və nəticədə erməni zabitlər cəzalandırılıb.

Hadisə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində keçirdiyi hərbi-təlim çərçivəsində bavş vermişdi. Ermənistan Silahlı Qüvvələrinin iki helikopteri qoşunların təmas xəttinə yaxınlaşaraq Azərbaycan ordusunun mövqelərini atəşə tutmuşdu. Nəticədə, helikopter vurulmuşdu.

Bu, Ermənistan ordusunda onsuz da güclü olan həyəcanı artırmışdı. Həmçinin işğalçı orduda ruh düşkünlüyü yaratmışdı. Təsadüfi deyil ki, təlimdə iştirak üçün helikopterlə Xankəndiyə gələn Ermənistan prezidenti Serj Sarkisyan bir neçə dəfə dayanmalı olmuş və dərələrin arası ilə gizlicə Xankəndiyə getmişdi. Xankəndində Serji qarşılamış işğal rejimi təmsilçiləri onunla hörmətsiz davranmış və lazımi ehtiramı göstərməmişdilər. Buna görə, əksər ekspertlər 2014-cü il noyabrın 12-ni Ermənistan ordusu üçün ən ağır gün sayırlar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR