Rusiyada ərzaq məhsullarında rekord həddə bahalaşma qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, Rusiya regional prokurorluqlarının əməkdaşları tərəfindən mağazalarda yoxlamalar aparılıb.
Prokurorluqlara yanvarın 20-dən 23-dək ticarət şəbəkələrində mallarda qiymətləndirmə mexanizmini aydınlaşdırmaq, qiymətlərin qalxmasının əsaslanmasını təhlil etmək və hesabatları hazırlamaq tapşırılıb.
Aparılan araşdırmalardan məlum olub ki, 2014-cü ilin avqust ayı ilə dekabr ayının qiymətləri arasında kəskin fərq ortaya çıxıb. Belə ki, kələm 353%, xiyar 544%, istiot isə 654% bahalaşıb. Həminki dövr üçün qarabaşağın dəyəri 276% artıb.
Ət məhsulları, donmuş balıq, pendir, xama və kartofun qiymətində isə 50%-dən artıq bahalaşma qeydə alınıb. Yanvar ayında da qiymətlərdə artım davam edib. 22 gün ərzində pomidor 26%, xiyar 48%, kök 58%, üzüm 85% bahalaşıb.
Mənbə
ANS PRESS