Filippində yaraqlılarla toqquşma nəticəsində itkilər var

Filippində yaraqlılarla toqquşma nəticəsində itkilər var
14:08 27 Yanvar 2015
134 Dünya
Ölkə mətbuatı
A- A+


Manila, 27 yanvar, AzərTAc
Filippin hökumətinin yaydığı məlumata görə, yanvarın 26-da səhər saatlarında Maqindanao əyalətində Moro İslam Milli Cəbhəsinin çoxsaylı yaraqlılar qrupu ilə toqquşma nəticəsində 43 polis əməkdaşı həlak olub.
Məlumatda qeyd edilir ki, döyüş xüsusi təyinatlı polis dəstəsi başqa bir islam qrupunun liderlərini həbs etmək üçün əməliyyat apararkən baş verib. Polis səhvən həmin əyaləti demək olar ki, nəzarətdə saxlayan Moro İslam Milli Cəbhəsinin yaraqlıları ilə qarşılaşıb. Hökumətdən bildiriblər ki, atışma təsadüf nəticəsində baş verib və hazırda sülhün bərpa olunması üçün danışıqlar aparılır.
Ötən il Filippin hökuməti ilə həmin qruplaşma arasında 40 il davam edən qarşıdurmaya son qoyan sülh razılaşması imzalanmışdı.
Filippin Konqresi hazırda müsəlman muxtariyyəti ilə əlaqədar xüsusi qanun üzərində işləyir. Baş verən hadisə həmin istiqamətdə müzakirələrin dayanmasına səbəb olub.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Manila

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Filippinde_yaraqlilarla_toqqusma_neticesinde_itkiler_var-827773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR