Azərbaycanlı aktrisanın toyu oldu (FOTO)

Azərbaycanlı aktrisanın toyu oldu (FOTO)
14:11 27 Yanvar 2015
1726 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış aktrisası Nigar Bahadırqızı gəlin köçdü.

ANS PRESS-in məlumatına görə, Türkiyə vətəndaşı Ersel Aktarla ailə həyatı quran aktrisanın toyu dünən baş tutub.

Toy məclisində aktrisanın sənət yoldaşları və dostları iştirak edib.

Cütlük keçən ilin aprel ayında nişanlanıb. Nigar Bahadırqızının xinayaxdı mərasimi 24 yanvarda olub.

Nigar Bahadırızının sevib-seçdiyi şəxs özündən 16 yaş böyükdür. Aktrisanın 26, Ersel Aktarın isə 42 yaşı var.

Azərbaycan tamaşaçısının filml və seriallardan tanıdığı Nigar Bahadırqızı Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=322163

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR