Azərbaycanda telefon qadağası

Azərbaycanda telefon qadağası
14:26 27 Yanvar 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda elektron ticarətdən istifadə edərək mobil qurğular sifariş vermək mümkün olmayacaq.

ANS PRESS-in məlumatına görə, onlayn xarici ölkələrdən cihazlar sifariş vermək vergidən yayınma kimi qəbul edildiyi üçün Dövlət Gömrük Komitəsi bu məsələyə qarışıb.

Belə ki, DGK-nin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bəzi işbazların elektron ticarətdən öz məqsədləri üçün istifadə etdiklərini söyləyib. O bildirib ki, artıq bu problemlə bağlı arayış hazırlanıb.

Arayışda bu ticarət növünün yaranmasının, vergilərdən yayınma, müəyyən razılıq və lisenziyanın, qeydiyyat tələb olunan malların idxalı ilə bağlı problem yaratdığı qeyd edilib.

Azərbaycanda mobil telefonların idxal olunarkən müəyyən qeydiyyatdan keçməsinin vacibliyini qeyd edən A.Əliyev buna görə də bu tip elektron ticarətin qanun-qaydanın riayət olunmasında müəyyən problemlər yaratdığını söyləyib.

Komitəs sədri bildirib ki, Azərbaycanda tələb olunan qanunlara riayət olunmasını təmin etmək vacibdir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=322180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR