Cəlıilabad sakini həmkəndlisini bıçaqlayaraq qətlə yetirib

07:52 27 Dekabr 2014
66 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 07:50 ]

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən axşam rayonun Uzuntəpə kəndindəki “Stansiya” adlanan ərazidə qeydə alınıb. 

 

Kənd sakini,18 yaşlı Fərhad  Abbasov şəxsi münaqışə zəımnində həmkəndlisi və qonşusu olan 22 yaşlı  Seymur Əliyevə  üzərində gəzdirdiyi bıçaqla  ağır bədən xəsarətləri yetirib. Yaralı təcili yardım maşını ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə  baxmayaraq yaralının həıyatını xilas etmək mümkün olmayıb.

 

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fərhad Abbasov saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

 

Qeyd edək ki, qətlə yetirilən Seymur Əliyev  ailəli olub,  bir övlad atası idi. Onun qətili Fərhad Abbasov isə 2015-ci ilin yanvarında  hərbi xidmətə gedəcəkdi. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR