Cəlıilabad sakini həmkəndlisini qətlə yetirdi

Cəlıilabad sakini həmkəndlisini qətlə yetirdi
07:59 27 Dekabr 2014
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən axşam rayonun Uzuntəpə kəndindəki “Stansiya” adlanan ərazidə qeydə alınıb. 

 

Kənd sakini,18 yaşlı Fərhad  Abbasov şəxsi münaqışə zəımnində həmkəndlisi və qonşusu olan 22 yaşlı  Seymur Əliyevə  üzərində gəzdirdiyi bıçaqla  ağır bədən xəsarətləri yetirib. Yaralı təcili yardım maşını ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq yaralının həıyatını xilas etmək mümkün olmayıb.

 

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fərhad Abbasov saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

 

Qeyd edək ki, qətlə yetirilən Seymur Əliyev  ailəli olub,  bir övlad atası idi. Onun qətili Fərhad Abbasov isə 2015-ci ilin yanvarında  hərbi xidmətə gedəcəkdi. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR