Azərbaycana təşəkkür edirik

Azərbaycana təşəkkür edirik
08:51 27 Dekabr 2014
110 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gürcüstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı bizim hökumətin əsas prioritetlərindəndir. Biz dostluq və qardaşlıq əlaqələrimizin inkişafında, daha da möhkəmlənməsində və genişlənməsində maraqlıyıq və çox sevinirik ki, qarşı tərəfdən də eyni mövqeni görürük".

Bunu müsahibəsində Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat naziri Georgi Kvirikaşvili deyib.

Baş nazirin müavini qeyd edib ki, son günlər ölkələrimiz arasında ticarət dövriyyəsinin azalması barədə yanlış məlumatlar dolaşır. Əslində bu nə demək idi? Azərbaycan tərəfinin qəbul etdiyi “Avro-4” standartı avtomobil satışının müvəqqəti aşağı düşməsinə səbəb olmuşdu. Müəyyən vaxt tələb olunurdu ki, bu sahədə də müəyyən standartlar tətbiq edilsin. Artıq hər şey yoluna düşüb və müsbət irəliləyişlər var.

G.Kvirikaşvili daha sonra deyib: “Ölkələrimiz çox vacib strateji tərəfdaşdırlar. Azərbaycan Gürcüstanda birbaşa investisiya yatıran bir nömrəli ölkədir. Biz Bakı-Tbilisi-Qars kimi iri regional layihələri birlikdə həyata keçiririk. Artıq Gürcüstan tərəfdə praktiki olaraq bütün işlər yekunlaşıb və Axalkalakidə terminalın tikintisi gedir. Dəmir yolu xətti isə qatarların hərəkətinə hazırdır.

Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti də Gürcüstanda böyük layihələr həyata keçirir. Gürcüstanın regionlarında qazlaşdırma işləri gedir və bu istiqamətdə böyük inkişaf var. Biz bütün bunlara görə Azərbaycan dövlətinə və hökumətinə təşəkkürümüzü bildiririk”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=316591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR