Zaqatalada xlor içən qadın zəhərlənib

10:32 27 Dekabr 2014
99 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 10:29 ]

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 21 yaşlı qadın kimyəvi məhluldan zəhərlənib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Danaçı kənd sakini, 1993-cü il təvəllüdlü Zeynəb Məhəmməd qızı Mahmudova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 21 yaşlı Zeynəb Mahmudova kimyəvi məhlul olan xlor içərək zəhərlənib. Z. Mahmudova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta-stabil qiymətləndirilir.

 

Məlumatda bildirilir ki, Z. Mahmudova evli olub və həyat yoldaşından ayrılıb. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR