Qardaşlar bıçaqlandı

Qardaşlar bıçaqlandı
10:51 27 Dekabr 2014
134 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün saat 23 radələrində Lənkəranda iki qardaş qanına qəltan edilib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəran şəhər sakinləri, 1989-cu il təvəllüdlü Camal Zakir oğlu Məmmədov və 1988-ci il təvəllüdlü Kamal Zakir oğlu Məmmədov bıçaqlanıblar. Hər iki yaralı yaxınları tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Camal Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisədən sonra dərhal əməliyyat keçirilib. Keçirilən əməliyyat zamanı qardaşları bıçaqlayan 1987-ci il təvəllüdlü Cəbrayıl İlqar oğlu Ağayev saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=316617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR