Fatmayıda baş verən partlayış zamanı yaralananların adları açıqlanıb

11:22 27 Dekabr 2014
60 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 11:21 ]

Bakı. Gülnar Bəşirova - APA. Fatmayı kəndində yaşayış evində baş verən partlayış zamanı yaralananların adları açıqlanıb. Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə nəticəsində yaralanan şəxslər 1989-cu il təvəllüdlü Kərimov Məhərrəm Fərasət oğlu, 1999-cu il təvəllüdlü Kərimzadə Uğur Tərməz oğlu və 2013-cü il təvəllüdlü Kərimzadə Məhəmməd Məhərrəm oğludur.

 

Xəstəxanadan bildiriblər ki, baş vermiş partlayış nəticəsində vəziyyəti orta ağır qiymətləndirilən 2 nəfəri təcili yardımla Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Respublika Yanıq Mərkəzinə aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR