Cəlilabadda 18 yaşlı oğlan bacısının qonşusunu öldürdü

Cəlilabadda 18 yaşlı oğlan bacısının qonşusunu öldürdü
11:23 27 Dekabr 2014
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İlkin İzzət/

Cəlilabadda 18 yaşlı gənc 22 yaşlı həmkəndlisini qətlə yetirib.

Cəlilabad rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 26-da saat 18 radələrində rayonun Uzuntəpə kənd sakini, 1996-cı il təvəllüdlü Abbasov Fərhad Səlim oğlu həmin kənddə yaşayan bacısının qonşusu, 1992-ci il təvəllüdlü Əliyev Seymurla mübahisə edib. Mübahisə zamanı F.Abbasov S.Əliyevə bıçaqla xəsarət yetirib.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstənaxasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və S.Əliyev orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2348222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR