Cəbhədə erməni kəşfiyyatçısı tutulub - RƏSMİ

Cəbhədə erməni kəşfiyyatçısı tutulub - RƏSMİ
11:24 27 Dekabr 2014
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Düşmən xeyli itki verib

Cəbhədə düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü ələ keçirilib. Lent.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, dekabrın 26-sı axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.


Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.
Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR