Ermənilər ötən gün atəşkəsi 90 dəfə pozub

11:32 27 Dekabr 2014
55 Sosial
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 11:27 ]

Bakı - APA. Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 90 dəfə pozulub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Şıxlar, Cəvahirli, Kəngərli, Baş Qərvənd, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, XocavəndFüzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR