Tanınmış iş adamı Ali Evsen Türkiyə telekanalına müsahibə verib

Tanınmış iş adamı Ali Evsen Türkiyə telekanalına müsahibə verib
11:43 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Azərbaycanda və Avropada kifayət qədər tanınan, türk iş adamı “Evsen” Şirkətlər Qrupunun prezidenti Ali Evsen bu günlərdə Türkiyənin “Ülkə” televiziya kanalına müsahibə vermişdir. Müsahibədə bu gün dünyada baş verən ictimai-siyasi hadisələr, ABŞ-Rusiya, Aropa Birliyi-Türkiyə, Rusiya-Ukrayna, yaxşın Şərq, eləcə də Azərbaycanda baş verən proseslərə münasibət bildirilir. Qeyd olunur ki, bu gün dünya iqtisadiyyatındakı geriləmələrin, iqtisadi çətinliklərin bitməsi üçün ilk növbədə Avropada Fransa, Şərqdə isə Çin kimi nəhəng dövlətlərdə iqtisadi böhranın sona çatması, hazırda dünyanın superdövlətləri olan Amerika Birləşmiş Ştatları və Rusiya arasındakı münasibətlərin istiləşməsi vacibdir.Yalnız o zaman dünyada dirçəliş və tərəqqidən söhbət açmaq mümkündür.

Ali Evsen qeyd edir ki, artıq dünyada insanları alışdırdıqları zənginlik bitmişdir. Bir çox ölkələrdə əhalini zəngin yaşamağa öyrətdilər, şərait yaratdılar. Lakin bu çox hallarda israfçılığa,süi istifadəyə gətirib çıxarmışdır. İndi sabahını düşünən sağlam düşüncəli hər kəs əlində olana qənaət etməli, günü-gündən dərinləşən iqtisadi böhrandan çıxmaq haqqında düşünməlidir.

“Evsen” Şirkətlər Qrupunun prezidenti Türkiyəni Avropa Birliyinə qəbul edilməsi məsələsinə toxunaraq vurğulayır ki, bu ali quruma üzv olan ölkələr böyük mədəniyyətlərə sahibdir. Bu baxımdan Türkiyə Avropa Birliyinə, Avropa Birliyi isə Türkiyyəyə çox şey verə bilər.

Fransadakı son hadisələrə xatırladan A. Evsen qeyd edir ki, Türkiyə Avropanın yanında, yəni Avropa Birliyinin tamhüquqlu üzvü olmalıdır. Türkiyə Avropanın Şərqə doğru qapısıdır. Biz Fransada karikaturaçıların ölümünə sevinmirik. Ölən və öldürən Fransa vətəndaşlarıdır. Biri müsəlman, biri ateist. Dünyadakı tolerantlığı dinsizlərə görə pozmaq olmaz. Eyni zamanda insanların mənəvi dəyərlərini təhqir etmək yolverilməzdir.

Rusiyanın səyləri iə yaradılan Avroasiya birliyi məsələsinə münasibət bildirən iş adamı qeyd edir ki, hər hansı təşkilat strateji və geopolitik zərurətdən yaranarsa faydalı ola bilər. Lakin kimdənsə küsdüyü, incidiyi üçün yeni bir qurum yaradanların uğur qazanacağına ümidlər azdır. Rusiya və ABŞ öz aralarında nə qədər tez dil tapsalar, onda bir çox problemlər asanlıqla həll olunar. Ancaq proseslər belə davam edərsə dünyada yoxsulluq artacaq.

Ölkəmizə qəlbən bağlı olan Ali Evsen müsahibəsində daha sonra bildirir ki, Azərbaycan adını eşidəndə çox duyğulanıram. Ömrümün ən önəmli 25 ili orada keçib. Azərbaycan qısa müddətdə çox ölkələrin bacara bilmədiyi bir uğura imza atmışdır.

2004-cü ildə möhtərəm Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) haqqında sərəncam imzaladı. 600 min yeni iş yerinin açılması qarşıda vəzifə olaraq qoyulmuşdur. Bu proqrama uyğun bizim şirkət qısa müddətdə Şamaxıda televizor zavod açdı. Cənab Prezident 2005-ci ildə özü zavodun açılışında iştirak etmişdir. Həmin dövrdə insanalrın üzündəki sevinc indiyə qədər yadımdadır. İş adamı olsam da, həmişə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məni çox düşündürmüşdür.

Son 10 ildə Azərbaycan çox böyük uğurlara imza atmağı bacardı. Azərbaycanın bu günkü nailiyyəti ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Xalq Cumhiriyyəti ilk dəfə 1918-ci il mayında müstəqilliyini elan etdi və cəmi 23 ay yaşadı. 1991-ci ilin oktyabrında yenidən müstəqillik əldə edildi. Lakin müstəqillik təhlükə altında idi. Qarabağ problemi də vəziyyəti gündən-günə ağırlaşdırırdı. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dövlət strukturları yenidən quruldu. Heydər Əliyev bütün çətinliklərə baxmayaraq ölkədə stabillik yaratdı, dövləti qurdu, inkişaf etdirdi. Böyük layihələr həyata keçirdi, gələcək uğurların təməlini qoydu. Bakı –Tbilisi–Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər qlobal layihələrin icrası neçə-neçə ölkələri birləşdirdi.

Ulu öndər modern düşüncəli bir lider yetişdirdi İlham Əliyevi. Onun Azərbaycana rəhbərlik etdiyi dövrdən bütün sahələrdə inkişaf başladı. Ölkənin beynəlxalq təşkilatlarla əlaqələri gücləndi. Azərbaycanın bu günkü səviyyəyə çatmasında İlham Əliyevin xidmətləri danılmazdır.

Sonda müasir Türkiyənin qazandığı uğurlara toxunan Ali bəy ölkəsinin gələcək inkişafı üçün milli birliyin vacibliyini qeyd edir.

Müasahibənin Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq bütövlükdə oxuculara təqdim edirik.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2357961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR