Nazir risklərdən danışdı

Nazir risklərdən danışdı
12:36 27 Dekabr 2014
115 Digər
Ölkə mətbuatı
A- A+

“Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının həcmi dəyər ifadəsində 17% artıb. Ancaq Rusiyadakı son vəziyyət Azərbaycan məhsullarının bu bazara ixracına marağı azaldıb”.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

O bildirib ki, rublun dəyəri kəskin olaraq dəyişir. Nazirin fikrincə, belə bir şəraitdə kənd təsərrüfatı məhsullarının ixrac edilməsi, bazarda hansı qiymətlərlə satılacağını bilmədən bazara çıxardılması müəyyən risklər yaradır:

“Son bir neçə gün ərzində bizim ixracımızda azalma müşahidə olunur. Bu da təbii haldır. Çünki istehsalçılar belə vəziyyətdə məhsullarını manatın sabit olmadığı yerlərdə satışa çıxarmağa marağını azaldır. Bu vəziyyət bizim yerli bazarlarda qiymətləriun ucuzlaşmasına səbəb olub”.

Nazir bildirib ki, Rusiya bazarlarındakı indiki vəziyyət Azərbaycana elə də ciddi bir təhlükə yaratmayacaq. Çünki bizim istehsalçılar bazarda yerini möhkəmləndirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=316636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR