Azərbaycanda kooperativ fermer təsərrüfatlarının yaradılması istiqamətində işlər sürətləndiriləcək

12:57 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 12:48 ]

Bakı. Aqşin Rafiqoğlu – APA-Econopmics. Azərbaycanda kooperativ fermer təsərrüfatlarının yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb.

 

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. O deyib ki, kooperativ təsərrüfatların yaradılmasının əsas şərtlərindən biri həvəsləndirici tədbirlərin hazırlanmasıdır: “Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq  bu məqsədlə qanun layihəsi hazırlanıb. Sənəd müzakirə olunmaq üçün Milli Məclisə təqdim edilib. Kənd təsərrüfatı nazirliyi bu qanunun hazırlanmasında yaxından iştirak edib. Qanun qəbul edildikdən sonra görüləcək tədbirlərin konsepsiyasından asılı olaraq bu istiqamətdə işləri daha da sürətləndirəcəyik”. 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367482

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR