Prezident girovları özü qarşıladı

Prezident girovları özü qarşıladı
13:31 27 Dekabr 2014
83 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Donetsk vilayətində hökumət qüvvələri ilə Rusiyayönümlü üsyançılar arasında girov mübadiləsi baş tutub. Ölkənin təhlükəsizlik xidməti əməliyyat zamanı 146 ukraynalı hərbçinin azad edilməsi barədə məlumat yayıb. Qarşı tərəfdən isə 222 nəfər azad edilib. Ukrayna rəsmiləri daha 4 nəfərin isə bu gün azadlığa buraxılacağını bildiriblər. Girovların dəyişdirilməsi əməliyyatı Konstantinovki şəhəri yaxınlığında həyata keçirilib.

Ukrayna prezidenti Petro Poroşenko azad edilmiş hərbçiləri hava limanında şəxsən qarşılayıb. Azadlığa çıxan girovlarla söhbətində Poroşenko qəlbinin sevinc hissi ilə dolduğunu deyib.

"Həm prezident, həm də sadə vətəndaş olaraq, qəlbim sevinc hissi ilə doludur. Söz verdiyim kimi, siz Yeni ili öz ailələriniz və hərbçi dostlarınızla birlikdə qeyd edəcəksiniz. Uzun müddətdir ki, siz və biz bunu gözləyirdik. Hamınıza təşəkkür edirəm".

Donbas batalyonunun üzvü olan keçmiş girovlardan biri Gennadi Manuyev daha 11 hərbçinin girovluqda qaldığını deyib. "Prezidentin şəxsən bizi qarşılaması bizim üçün çox xoşdur. Bizim azadlığımız üçün etdiklərinə görə ona minnətdarıq. Ümid edirik ki, hələ də girovluqda saxlanılan 11 yoldaşımızın hamısı tezliklə azadlıqda olacaq".

Ukrayna hökuməti və Rusiya-yönümlü qüvvələrin administrasiyası bir müddət əvvəl Belarusun paytaxtı Minskdə danışıqlar zamanı girovların mübadiləsinə dair razılığa gəlmişdi. Bu, Ukraynanın şərqində gərginliyin başladığı aprel ayından bəri ən böyük girov mübadiləsi olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR