Təhsil haqlarının ödəniş qaydası dəyişdirildi

Təhsil haqlarının ödəniş qaydası dəyişdirildi
13:41 27 Dekabr 2014
104 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi qaydalarına bir sıra dəyişikliklər edilib.

ANS PRESS-in Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dəyişikliklər xarici ölkələrdə ödənişli əsaslarla təhsil alan tələbələrə aiddir.

Belə ki, tələbə təhsil aldığı ölkəyə daxil olandan sonra ödəmələri həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq edəcəklər.

Ödənişlər aşağıdakı kimi müəyyən edilib:

- Bakalavriat səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay;
- Magistratura səviyyəsi üzrə Böyük Britaniya-12 ay, digər ölkələr-10 ay;
- Aspirantura, doktorantura və rezidentura səviyyələri üzrə-12 ay.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=316649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR