Müğənni Şəbnəm Tapdıq "5/5" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı özü ilə bağlı yayılan qalmaqallara aydınlıq gətirib:

"Mən düz adamam, qalmaqal sevmirəm. Məni məcburən qalmaqala çəkirlər. Yalandan deyirlər ki, qısqancam, adımın kiməsə qoyulmasına imkan yaratmıram. Hətta deyiblər ki, qohumlar arasında da uşaqlara Şəbnəm adını qoymağa icazə vermirəm. Xalq insanı böyüdür, zirvəyə çatdırır.

Necə onlara qarşı çıxa bilərəm? Belə şayiələrə fikir verməyin. 1979-cu ilə qədər tək Şəbnəm idim. O ildən sonra isə ilk Şəbnəməm. Burada küsəcək heç nə yoxdur".

Ş.Tapdıq anasını xatırlayaraq, kövrəlib:

"Anasını itirən qız necə xoşbəxt olar? Anam sağ olanda dünyanın ən xoşbəxt qızı idim. Heç nə vecimə deyildi. Onu itirəndən sonra ruhum ölüb. Biz hər yerə birlikdə gedirdik".

Milli.Az