Azərbaycanlı ermənilərin aksiyasına müdaxilə etdi, qarşıdurma yarandı (VİDEO, FOTO)

Azərbaycanlı ermənilərin aksiyasına müdaxilə etdi, qarşıdurma yarandı (VİDEO, FOTO)
00:16 29 Yanvar 2015
365 Dünya
Ölkə mətbuatı
A- A+

Hüquq müdafiəçisi Əhməd Şahidov Strasburqda ermənilərin aksiyasına müdaxilə edib.

Əhməd Şahidovun ANS PRESS-ə verdiyi məlumata görə, onun Xocalı soyqırımından danışması erməni millətçilərini özündən çıxartdıb.

Yanvarın 28-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının növbəti iclası keçirilib. Avropalı deputatların iclas keçirdikləri zaman AŞPA binası qarşısında müxtəlif millətlərin diasporları etiraz aksiyaları keçirirdilər.

Təqribən 40-a yaxın erməni nümayəndəsi də AŞPA binası qarşısında qondarma “erməni qoyqırımı”nın tanınması ilə bağlı aksiya keçirirdi. Qarşı tərəfdə isə 5000 Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə izdihamlı mitinq keçirilirdi.

AŞPA müzakirələrində iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da həmin aksiyaları müşahidə edib. Ermənilərin aksiyasına yaxınlaşan hüquq müdafiəçisi əvvəlcə ermənilərin nəyə etiraz etdiklərini soruşub və aksiya iştirakçılarını dinləyib. Daha sonra Xocalı soyqırımı barədə söz açan hüquq müdafiəçisi ermənilərin etirazları ilə qarşılaşıb və ermənilər uca səslə Əhməd Şahidova qarşı etiraz şüarları səsləndirməyə başlayıblar. Aksiyanı mühafizə edən Strasburq polisi qarşıdurmanın baş verməməsi məqsədilə Əhməd Şahidovu hadisə yerindən uzaqlaşdırıb və ermənilərin aksiya keçirilən yeri tərk etmələrini tələb edib. Ermənilər aksiyanı yarımçıq dayandırıb və ərazini tərk ediblər.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR