Putinə ağır zərbə vuruldu

Putinə ağır zərbə vuruldu
00:16 29 Yanvar 2015
445 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasının komissiya iclasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin qurumun aprel sessiyasına qədər dondurulması qərarı verilib.

ANS PRESS-in məlumatına görə, bu məsələ ilə bağlı qurumun Monitorinq Komitəsindən Stefan Şennaxın məruzəsi, Nizam-İntizam Komitəsindən isə Hans Frankenin hazırladığı xüsusi rəy müzakirə olunub.

AŞPA-nın ötən ilin aprelində keçirilmiş yaz sessiyasında qurum Rusiya nümayəndə heyətinin səsvermə səlahiyyətlərini 2014-cü ilin sonuna qədər dondurub. Bu sessiya ərzində isə bir qrup parlamentar Rusiyaya qarşı sanksiyanı daha bir il müddətinə uzadılması təklifi ilə çıxış edib.

İclasda Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi edilməsi ilə bağlı da təkliflər səsləndirilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR