İsrail Livan sərhəddindəki mübahisəli ərazidə törədilən hücum nəticəsində 2 əsgərinin öldürüldüyünü bəyan edib.
ANS PRESS-in məlumatına görə, İsrail Müdafiə Nazirliyinin açıqlamasına o da bildirlir ki, daha bir neçə əsgərin yaralanıb.
Bu hücuma görə Hizbullah təşkilatı məsuliyyəti öz üzərinə götürüb.
İsrail ordusu buna cavab olaraq yanvarın 28-də Livanın cənubuna onlarla mərmi atıb. Həmçinin BMT-nin Cənubi Livandakı sülhməramlı əsgərlərindən biri həlak olub.
İnsident İsrailin Suriya ərazisinə hava zərbələri endirməsindən bir neçə saat sonra baş verib. Mənbə
ANS PRESS