Bu gün Tofiq Bəhramovun günüdür

Bu gün Tofiq Bəhramovun günüdür
01:06 29 Yanvar 2015
431 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 90 illik yubiley tədbirləri keçiriləcək.

ANS PRESS-in məlumatına görə, saat 12.00-da AFFA rəsmiləri, veteran və hazırda fəaliyyətini davam etdirən hakimlər, ölkə futbol ictimaiyyətinin nümayəndələri, tədbirə dəvət olunmuş sabiq FIFA referiləri Miroslav Stupar (Ukrayna), Nikolay Levnikov (Rusiya) və Vadim Juk (Belarus) Tofiq Bəhramovun məzarını ziyarət edəcək.

Saat 14.00-da isə “Neftçi”nin veteranlardan ibarət komandası ilə hakimlərdən təşkil olunmuş komanda arasında Olimpiya Yığmalarının Təlim-Məşq Bazasında yoldaşlıq oyunu təşkil olunacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=322463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR