Taksi sürücüsü tanınmış aktyorun ayağını təpiklə sındırdı (FOTO)

Taksi sürücüsü tanınmış aktyorun ayağını təpiklə sındırdı (FOTO)
02:21 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış aktyoru Burak Demir taksi sürücüsünün hücumuna məruz qalıb.

ANS PRESS-in məlumatına görə, hadisə aktyorun anasını ziyarət etmək üçün getdiyi Ankara şəhərində baş verib.

Bildirilir ki, aktyor onu çox dolaşdıran taksi sürücüsünə xəbərdarlıq edib. Aktyorun, polis bölməsinə getmək istəməsi isə sürücünü özündən çıxarıb.

Hirslə avtomobili saxlayan sürücü Burak Demirin ayağına təpik vurub. Bundan sonra aktyor yıxıldığı yerdən ayağa qalxa bilməyib.

Yoldan keçənlərin dəstəyi ilə polisə gedərək şikayətçi olan aktyor daha sonra xəstəxanaya yollanıb.

Ayaq sümüyü sınan aktyor əməliyyat olunub və onun ayağına platin qoyulub.

Xatırladaq ki, Azərbaycan tamaşaçıları Burak Demiri “Muhteşem Yüzyıl” serialında canlandırdığı Hüseyn Çavuş obrazıyla tanıyır.














Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=322547

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR