Aygün “O səs Türkiyə”dən belə getdi (VİDEO)

Aygün “O səs Türkiyə”dən belə getdi (VİDEO)
02:21 29 Yanvar 2015
297 Şou
Ölkə mətbuatı
A- A+

O, jüri tərəfindən bəyənilsə də, auditoriya seçimini keçə bilməyib.

Türkiyədə keçirilən “O səs Türkiyə” yarışmasının azərbaycanlı iştirakçılarından biri proqrama vida edib.

ANS PRESS-in məlumatına görə, yarışmanın “çarpaz duel” mərhələsində Türkiyədə yaşayan Azərbaycanın tanınmış müğənnisi Aygün Miyak İsmayılova Hadisənin komandasından olan Furkanla yarışıb.

“O səs Türkiyə”də dördüncü tura qədər irəliləyən həmyerlimiz bu mərhələdə "I cant stand rain" mahnısını oxuyub. Lakin o, auditoriyadakı izləyicilərin səsverməsi ilə Aygün az səs faizi yığaraq yarışmanı tərk edib.

Qeyd edək ki, Aygün Miyak İsmayılova “O səs Türkiyə”də Mazhar Alanson və Özkan cütlüyünün komandasında yarışırdı.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=322546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR