“Barselona” “Atletiko”nu məğlub edərək İspaniya Kubokunun yarımfinalına çıxıb

“Barselona” “Atletiko”nu məğlub edərək İspaniya Kubokunun yarımfinalına çıxıb
02:37 29 Yanvar 2015
399 İdman
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 02:31 ]

Bakı-APA. İspaniya kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, ilk matç günündə azarkeşlər bir qarşılaşma izləyib.

 

Belə ki, “Barselona” səfərdə “Atletiko”nun qonağı olub. İlk görüşdə “Nou Kamp”da Madrid klubunu 1:0 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi “Visente Kalderon” stadionunda da üstünlüyünü qorumağa çalışıb. Dieqo Simeonenin yetirmələri isə növbəti mərhələyə adlamaq üçün ən azı iki cavabsız qolla qalib gəlmək məcburiyyətində idi. Bu matçda istənilən heç-heçə, və ya bir top fərqli ilə istənilən hesablı məğlubiyyət də “Barsa”ya sərf edirdi.

 

Lakin qarşılaşmada Luis Enrikenin komandası yenə qalib gəlib. 5 qolun vurulduğu görüşdə “Barselona” 2:3 hesabı ilə madridliləri məğlub edərək, yarımfinala yüksəlib.

 

Digər oyunlarda isə “Xetafe" "Vilyareal"la, “Atletik” "Malaqa" ilə və “Sevilya” “Espanyol”la üz-üzə gələcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR