Nazirlik lal-kar şagirdin döyülməsindən danışdı (VİDEO)

Nazirlik lal-kar şagirdin döyülməsindən danışdı (VİDEO)
02:51 29 Yanvar 2015
595 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi Nizami rayonu, əqli cəhətdən qüsurlu uşaqlar üçün 3 saylı xüsusi təhsil məktəbində eşitimə və nitq qüsurlu 11-ci sinif şagirdinin döyülməsilə bağlı araşdırma aparıb.

Nazirlikdən bildiriblər ki, 21 yaşlı Elnur Baxşiyev yanvarın 18-də günorta saatlarında internat məktəbindən kənarda, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında döyülüb. Araşdırma zamanı o da bəlli olub ki, Elnur internat məktəbinin keçmiş məzunu Orxan Qasımovla dalaşıb.

Mübahisəyə səbəb isə Elnurun Orxana qarşı nalayiq sözlər işlətməsi olub. Orxan Elnur Baxşiyevi vurandan sonra isə internat məktəbinə gedib. Zərərçəkənin qohumlarının idda etdiyi məktəbdə döyülmə faktı isə öz təsdiqini tapmayıb.

Nazirlikdən onu da bildiriblər ki, Elnur Baxşiyev internat məktəbində gecələmir. O, yalnız məktəbə xüsusi təhsil almaq üçün gəlir. Məlumat üçün deyək ki, eşitmə və nitq qüsurlu olan şəxsin qohumları zərərçəkənin təhsil aldığı məktəbin 2-ci mərtəbəsində döyüldüyünü iddia edirdi.

Bu işdə isə tərbiyə ocağının müəllimələrini günahlandırırdı. Hər halda döyən bəlli məkan bəlli, qalır bu məsələyə hüquq-mühafizə orqanları tərəfindən aydınlıq gətirmək.

Mənbə
ANS-TV Xəbərçi Ruslan Eldaroğlu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=322538

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR