Məşhur yarışmada azərbaycanlılar baş-başa gəldi

Məşhur yarışmada azərbaycanlılar baş-başa gəldi
02:56 29 Yanvar 2015
352 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"nin "Çarpaz duel" mərhələsində iki azərbaycanlı bir-biriylə yarışmalı olub.

ANS PRESS-in məlumatına görə, yarışmada Ebru Gündeşin komandasında yer alan Məltəm Abbasova ilə Gökhan Özoğuzun yarışmaçısı İsmayıl Qubliyev qarşı-qarşıya gəliblər.

Yarışmaya Rusiyadan qatılan həmyerlimiz Məltəm məşhur “Queen” qrupunun “Show must go on”, İsmayıl isə İbrahim Tatlısəsin “Yalnızım dostlarım” mahnısını ifa edib.

Sonda auditoriyanın səsverməsinə əsasən, Məltəm böyük səs fərqi ilə sevinən tərəf olub.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=322548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR