BMT 7 dövləti səsvermə hüququndan məhrum edib

BMT 7 dövləti səsvermə hüququndan məhrum edib
04:12 29 Yanvar 2015
329 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 04:05 ]

Bakı-APA. Yeddi ölkə üzvlük haqqının ödənilmədiyi səbəbindən BMT Baş Assambleyasında səsvermə hüququnu itirib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

 

“Hazırda yeddi ölkə Baş Assambleyanın 69-cu sessiyasında səs verə bilmir. Bunlar Qrenada, Qırğızıstan, Marşal adaları, Makedoniya, Tonqa, Vanuatu və Yəməndir”, deyə S. Düjarrik bildirib.

 

BMT rəsmisinin sözlərinə görə, bir neçə gün əvvəl bu siyahıdan borcunu ödəmiş Ruanda silinib. BMT katibliyi borclu ölkələri təşkilatda tam üzvlüklərini bərpa etmək üçün tezliklə borclarını ödəməyə çağırıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR