Kadırov İŞİD-ə meydan oxudu

Kadırov İŞİD-ə meydan oxudu
16:21 27 Dekabr 2014
133 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması Rusiya üçün heç bir təhlükə törətmir.

ANS PRESS-in RİA "Novosti"yə istinadla verdiyi məlumata görə, bunu ötən gün keçirdiyi mətbuat konfransında Çeçenistan prezidenti Ramzan Kadırov deyib.

O, terrorçulardan gələn təhlükələrdən danışaraq bildirib ki, ora Avropa siyasətini yürüdən quldurlar yığılıblar. Bu təşkilat məhz Qərbin xüsusi xidmət orqanları tərəfindən yaradılıb, necə ki, vaxtilə Əfqanıstanda Sovet İttifaqına qarşı "əl-Qaidə" yaradıldı, Bin Laden ortaya atıldı. Bu qayda ilə onlar bu gün müsəlmanlardan istifadə edərək müsəlmanları öldürürlər.

Çeçen lideri vurğulayıb ki, İŞİD islama aid deyil, onlar dinə, şəriətə riayət etmirlər. Onlardan bizə təhlükə tamamilə yoxdur, əgər olarsa, qarşılarına çıxmağa hazırıq. Bizim xalqımız öz yolunu seçib."

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR