Özbəkistan prezidenti dəyişir

Özbəkistan prezidenti dəyişir
16:31 27 Dekabr 2014
90 Dünya
Ölkə mətbuatı
A- A+

Özbəkistanda prezident seçkiləri kampaniyasına rəsmən start verilib.

ANS PRESS respublikanın Mərkəzi Seçki Komissiyasına istinadla verdiyi xəbərə görə, səsvermə 2015-ci il martın 29-na təyin edilib. Özbəkistan Konstitusiyasına uyğun olaraq, prezident beş illik müddətə seçilir. Bu vəzifəyə respublika vətəndaşı olan, 10 il ölkə ərazisində yaşayan, yaşı 30-dan çox olan şəxslər namizədlyini verə bilərlər.

Hazırda Özbəkistanın qüvvədə olan prezidenti 76 yaşlı İslam Kərimov 25 ildir bu ali vəzifəni daşıyır. O əvvəllər Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.

Ölkə Konstitusiyasına görə, bir şəxs iki dəfədən artıq prezident postunu ardıcıl tuta bilməz. Buna baxmayaraq, İ.Kərimov 2007-ci ildə üçüncü müddətə perezident olub. O dövrdə Konstitusiyaya edilən düzəlişlərə əsasən prezidentlik müddəti 5 ildən 7 ilədək artırılsa da, sonra yenidən 5 ilə endirilib. Bu, isə İ.Kərimova növbəti dəfə prezidentliyə namizəd olmağa icazə verir.

Mətbuatda isə indiki dövlət başçısının varislərinin adları müzakirə edilir. Bu sırada ölkənin xüsusi xidmət orqanının başçısı Rüstəm İnoyatovun və baş nazirin müavini Rüstəm Əzimovun adları çəkilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR