Qız qalası və Şirvanşahlar Sarayına giriş on gün pulsuz olacaq

16:37 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 16:32 ]

Bakı. Cavid Zeynallı - APA. Dekabrın 27-dən yanvarın 5-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi muzey ekspozisiyalarına sərbəst giriş kampaniyası keçiriləcək.

 

APA-nın məlumatına görə, 10 gün müddətində paytaxt sakinləri və qonaqlar İçərişəhərdə yerləşən muzey ekspozisiyalarla ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.

 

Muzeylərə sərbəst giriş kampaniyası “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR