Gəncədə “Məktəb bizim gələcəyimizdir” adlı tədbir keçirilib

Gəncədə “Məktəb bizim gələcəyimizdir” adlı tədbir keçirilib
14:43 15 Sentyabr 2015
128 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 15 sentyabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisi “Pendik” Uşaq İnkişaf Mərkəzi və “AURA park” istirahət mərkəzi ilə birlikdə Gəncədə 15 sentyabr - Bilik günü ilə əlaqədar “Məktəb bizim gələcəyimizdir” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir məktəblilərin ifasında Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə yeni dərs ilinin başlanması münasibətilə iştirakçıları təbrik etdikdən sonra söz məktəblilərə verilib. Onlar mahnı oxuyub, şeir söyləyiblər.
Sonda tədbirdə iştirak edən bütün şagirdlərə məktəb ləvazimatlari paylanıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_Mekteb_bizim_geleceyimizdir_adli_tedbir_kechirilib-884823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR