Kobyakov Belarusun baş naziri təyin edilib

Kobyakov Belarusun baş naziri təyin edilib
18:34 27 Dekabr 2014
69 Dünya
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Aleksandr Lukaşenko Mixail Myasnikoviçi baş nazir vəzifəsindən azad edib.

 

APA-nın Belarus prezidentinin saytına istinadən xəbərinə görə, digər sərəncamla Prezident Administrasiyasının rəhbəri Andrey Kobyakov baş nazir vəzifəsinə təyin edilib.

 

Prezident Administrasiyasına bundan sonra Vitebsk vilayəti İcraiyyə Komitəsinin sədri Aleksandr Kosinets rəhbərlik edəcək. Onun müavinləri iqtisadiyyat naziri Nikolay Snopkov və Belarus Gənclər İttifaqının birinci katibi İqor Buzovski olacaq.

 

Baş nazirin birinci müavini vəzifəsinə Vasili Matyuşevski, müavinləri vəzifəsinə Vladimir Semaşko və Natalya Koçanova təyinat alıb.

 

Bundan başqa, A.Lukaşenko Mixail Juravkovu təhsil naziri, Sergey Nalivaykonu vergilər naziri, Vitali Vovkanı sənaye naziri, Vladimir Zinovskini iqtisadiyyat naziri, Andrey Qayevi Dövlət Əmlak Komitəsinin sədri təyin edib.

 

Qeyd edək ki, Belarusun yeni baş naziri Andrey Vladimiroviç Kobyakov 21 noyabr 1960-cı ildə Moskvada anadan olub. Belarus hökumətində və Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Rusiyadakı səfiri olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR