Mobil rabitə operatoru “Topla, təmizlə, fərqi gör!” ekoloji aksiyaya qoşulub

Mobil rabitə operatoru “Topla, təmizlə, fərqi gör!” ekoloji aksiyaya qoşulub
11:06 17 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

“Coca-Cola” şirkətinin bütün dünyada uzun illər ərzində dəstəklədiyi Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü çərçivəsində “Bakcell” şirkəti və “Green Baku” ekoloji gənclər birliyinin həyata keçirdiyi “Let’s Do It!” proqramı ilə birgə olaraq sentyabrın 19-da Novxanı qəsəbəsi çimərliyində təmizlik aksiyası keçiriləcək.
 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, aksiya “Ocean Conservancy” təşkilatının təşəbbüsü ilə yaradılan və BMT tərəfindən dəstəklənən Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü qeyd olunması çərçivəsində həyata keçiriləcək.
 
 
Hər il sentyabr ayında keçirilən Beynəlxalq Sahilyanı Təmizlik aksiyası “Coca-Cola” şirkəti tərəfindən artıq 20 ildir dəstəklənir və Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır.
 
 Bu il sözügedən aksiya “ASAN xidmət” nəzdində fəaliyyət göstərən “Green ASAN qrupu”, Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti, “Green Baku” ekoloji gənclər birliyi, “Let’s Do It Azerbaijan” proqramı , Binəqədi Rayon İcra Hakimiyyəti, həmçinin “Urban.az” informasiya portalı tərəfindən dəstəklənir. Aksiyanın daimi tərəfdaşları sırasında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Olimpiya Komitəsi, ADA Universiteti və “Youth Inc.” gənclərin sahibkarlıq proqramı yer alır.
 
 
Aksiya 19 sentyabr tarixində “Topla, təmizlə, fərqi gör!” şüarı altında Novxanı çimərliyində keçiriləcək. Bütün aksiya iştirakçıları “Coca-Cola” şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunacaqlar.
 
 
Aynur Vəliyeva


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38769-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR