"Azadlıq" radiosunda aparılan axtarışın səbəbləri bəlli oldu (VİDEO)

"Azadlıq" radiosunda aparılan axtarışın səbəbləri bəlli oldu (VİDEO)
19:46 27 Dekabr 2014
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Azadliq radiosunun Baki ofisində aparilan axtarişlar və ofsin qapisinin möhürlənməsinin səbəbləri bəlli olub. Axtarişlarin Baş Prokurorluğun Ağir Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində "Ayna-Zerkalo" qəzetinin əməkdaşi Rauf Mirqədirov və digərlərinin istintaq işi ilə bağli olduğu bildirilir.

Azadlıq radiosunun Bakı bürosunun bir neçə əməkdaşı istintaqa dəvət edilib. Onların arasında jurnalistlər də var. Bu barədə ANS-TV-yə məlumat verən Azadlıq radiosunun baş redaktoru Zeynal Məmmədli vurğulayıb ki, istintaq QHT-lərin Azərbaycandakı fəaliyyəti ilə bağlıdır. Lakin bu məsələdə Azadlıq radiosunun rolunun nədən ibarət olması barədə istintaq orqanından məlumat verilmir. Prokurorluq əməkdaşları Radionun ofisdə apardığı axtarışdan sonra oradan bəzi sənədləri, möhür və blankları, yaddaş kartları, server kompüteri, 2 noutbuk, fotoaparat və videokameralar götürüb.

Baş Prokurorluğun əməkdaşları radionun Bakı bürosunda axtarış tədbirləri apardıqdan sonra qasına möhür vurublar, hazırda ərazini polis mühafizə edir.

Bu arada bir sıra beynəlxalq təşkilat və qurumlar Azadlıq radiosunun ofisində aparılan yoxlamadan narahatlıqlarını ifadə ediblər. Bəyanatlarda Azərbaycan hakimiyyətindən media azadlıqlarının qorunması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməsi istənilir. Rəsmi Bakı isə bildirir ki, Azərbaycanda heç kim söz və fikir, media azadlıqlarına, siyasi baxışlarına görə təqib olunmur. Azadlıq radiosunun ofisində aparılan istintaq yoxlamaları dövlətin təhlükəsizliyi ilə bağlı atdığı kompleks addımların tərkib hissəsidi.

Yeni Azərbaycan Partiyasının icra kaitibinin müavini, millət vəkili Siyavuş Novruzov Azadlıq radiosunda aparılan istintaq araşdırmalarının "Ayna-Zerkalo" qəzetlərinin əməkdaşı Rauf Mirqədirov və digər şəxslərin işi əlaqədar aparılan istintaqla bağlı olduğunu söyləyir.

Azadlıq radiosunun Bakıdan yayımı dayansa da, radionun saytı Çexiyanın paytaxtı Praqadan idarə olunaraq fəaliyyətini davam etdirir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=316701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR