Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Dekabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Dekabr - VİDEO
20:02 27 Dekabr 2014
89 Digər
Ölkə mətbuatı
A- A+



Günün şərhi

Bakı-APA. Təsir əks-təsirə bərabərdir qanunauyğunluğu özünü ən çox bazar münasibətlərində isbatlayır. Azərbaycanda Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında qeydə alınan azalma bununla bağlıdır. Moskva Gömrük İttifaqı çərçivəsində bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq etməyə hazırlaşır. Lakin artıq məlum olur ki, azərbaycanlı sahibkar da istehsal etdiyi məhsulları Rusiya bazarına çıxarmaqda maraqlı deyil. Səbəb rublun taleyinin qeyri-müəyyən olması və bu valyuta ilə ticarət riskinin artmasıdır. Rusiya Gömrük İttifaqına üzv olmayan keçmiş sovet respublikalarından kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyan zaman yaranan boşluğu Türkiyə, İran və digər ölkələrin malları hesabına doldurmağı planlaşdırır. Lakin bacaracaqmı? Türk, yaxud iranlı sahibkarın qeyri-sabit rubl məkanına məhsul ixrac edəcəyi inandırıcı görünmür. Hər halda onlar da ticarəti bizimkilərdən az bilmirlər. Demək ki, proses belə davam etsə, Rusiya yaxın zamanlarda qıtlıq problemi ilə də üzləşmiş olacaq. 



Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR