Son günlərdə Dieqo Kostanın "Arsenal"la görüşdə etdikləri müzakirə mövzusuna çevrilib.

Bu səfər dünya futbolunun canlı əfsanəsi Pele epizod haqqında fikirlərini mətbuat nümayəndələriylə bölüşüb:

"Dinləyin, bu, mənə yaxşı tanışdı. Bütün həyatım boyu müdafiəçilərin məni tez-tez izləməsindən əziyyət çəkmişəm.

Kostanın yaxşı oyunçu olduğunu hamı bilir. Bu, sadəcə bir epizod idi. Luis Suaresin hərəkəti - dişləməsi - daha pis idi".

Xatırladaq ki, "Arsenal"la oyunda Kosta Loran Kosyelninin üzünə zərbə vurmuş, komanda yoldaşını müdafiə etmək istəyən Qabriel Paulista provakasiyanın qurbanı olmuşdu. Nəticədə hakim müdafiəçini meydandan qovmuşdu.