Xocasəndə yük maşını piyada keçidinə çırpılıb

Xocasəndə yük maşını piyada keçidinə çırpılıb
00:48 28 Dekabr 2014
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Xocasəndə yük maşını piyada keçidinə çırpılıb.

Xocasən-Lökbatan yolunun 2-ci kilometrliyində, Xocasən qəsəbəsində "Shachman" markalı yük avtomobili kuzovu açıq vəziyyətdə yerüstü piyada keçidinin altından keçərkən ona çırpılıb və yararsız hala salıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC mətbuat xidmətindən məlumat verilib.

Hal-hazırda hadisə yerinə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları gəlib və ərazidə təmizlik işləri aparırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2348374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR