Tiflisdə maşın ehtiyat hissələri bazarı yanıb

Tiflisdə maşın ehtiyat hissələri bazarı yanıb
03:04 28 Dekabr 2014
399 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan paytaxtındakı avtomobil ehtiyat hissələri satılan  Eliava bazarında yanğın baş verib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bazarda olan köhnə avtomobil hissələri satışı üçün qoyulan köşklərdə yanğın baş verib. Məlumata görə, 150 kvadratmetr sahə yanıb. Yanğın nəticəsində satış üçün düzülən avtomobil təkərləri və köhnə ehtiyat hissələri yanıb.

 

Tiflis Fövqəladə Hallar Departamentindən verilən məlumata görə, hadisə yerinə 11 yanğınsöndürən maşın cəlb olunub və yanğın qısa vaxt ərzində  söndürülüb. Yanğının səbəbi araşdırılır, xəsarət alan olmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR