“Azərbaycanda önəmli işlər gördük”

“Azərbaycanda önəmli işlər gördük”
05:26 28 Dekabr 2014
115 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda 1 il keçirdim. Bunun yarım ilini "Xəzər Lənkəran"da Mustafa Dənizli ilə birgə işlədim. Onunla Azərbaycanda çox önəmli işlər gördük. Daha sonra isə komandanı tək çalışdırdım".

ANS PRESS-in qol.az-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin "TRT Spor" kanalında yayımlanan "Futbol arenası" verilişinin qonağı olan "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin deyib.

"Xəzər Lənkəran"da dəyərli insanlarla çalışdığını bildirən türkiyəli mütəxəssis Azərbaycanla bağlı xoş xatirələri olduğunu deyib:

"Xəzər Lənkəran"da çox dəyərli insanlarla çalışdım. Komandanın prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirovun böyük dəstəyi sayəsində işimə davam etdim. “Xəzər Lənkəran”da çox əla mühit var. Lakin son günlər komandanın strategiyasındakı dəyişikliklər nəticəsində klubdan ayrılmaq qərarı verdim. Ancaq Azərbaycandan xoş xatirələrlə ayrıldım. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, O.Çətin bundan sonra "TRT Spor" kanalında yayımlanan "Futbol arenası" verilişinin daimi eksperti olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=316724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR