Hicri: 17 Zil hiccə 1436
İlin 274-ci günü
İlin sonuna 91 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06:25
Günəş – 07:35
Zöhr – 13:35
Əsr – 17:21
Məğrib - 19:41
İşa – 20:58
Dünyada baş vermiş hadisələr
E.ə.331-ci ildə Assuriyanın qədim paytaxtı Nineviya yaxınlıqındakı Qavqamela adlanan yerdə Ön və Orta Asiyanın bir çox xalqlarının taleyinə təsir göstərmiş döyüş olmuşdur. Qavqamel döyüşündə Makedoniyalı İsgəndər I Daraya qalib gəlib.
1795-ci ildə Belçika Fransaya birləşdirilib.
1827-ci ildə Rus qoşunu İrəvan qalasını işğal edib.
1848-ci ildə "Simens" şirkətinin əsası qoyulub.
1853-cü ildə Avstriya yəhudiləri torpağa mülkiyyət hüququndan məhrum edilib.
1880-ci ildə Tomas Edison ilk lampa fabrikini qurub.
1887-ci ildə Bəlucistan Hindistana birləşdirilib.
1891-ci ildə Fransanın "Bordo" futbol klubu yaradılıb.
1895-ci ildə Fransa Madaqaskarı işğal edib.
1898-ci ildə Rus çarı II Nikolay yəhudilərin böyük şəhərlərdən kənarlaşdırılması barədə əmr imzalayıb.
1908-ci ildə Fordun "T Model" avtomobili satışa çıxarılıb.
1923-cü ildə Ankara Türkiyənin paytaxtı müəyyən edilib.
1936-cı ildə General Franko, İspaniyada milliyətçi hökümətə rəhbərlik edib.
1946-cı ildə Nürenberq prosesi sona çatıb.
1949-cu ildə Mao Tse Dunun başçılığıyla Çin Xalq Respublikası qurulmuşdur: Mao, Çin Xalq Respublikasının ilk Sədri seçilib.
1952-ci ildə Amerikalı əsgərlər Cənubi Koreyada nümayişə çıxan əsir çinlilərə atəş açıb: 52 nəfər ölüb, 140 nəfər yaralanıb.
1958-ci ildə NASA təsis edilib.
1960-cı ildə İlk "Zaporojest" minik avtomobili konveyerdən çıxıb.
1963-cü ildə Əlcəzair prezidenti Əhməd Bin Bella ölkədə fransızlara aid bütün torpaqların milliləşdirilməsi fərmanı verilib.
1977-ci ildə Pele futbolu tərk edib.
1982-ci ildə Helmut Kol federal Almaniyanın kansleri seçilib.
1985-ci ildə İsrail qüvvələrinin Tunisdəki Fələstin Azadlıq Təşkilatı (FKT) idarələrinə etdiyi hava hücumunda 68 nəfər ölüb.
1987-ci ildə Mixail Qorbaçov Sovet İttifaqının ilk Prezidenti olub.
1988-ci idlə Estoniya Xalq Cəbhəsi yaradılmışdır.
1989-cu ildə Kopenhagendə ilk homoseksual nikah bağlanıb.
1996-cı ildə Taliblər Bürhanəddin Rəbbanini devirərək hakimiyyətə gəliblər.
1999-cu ildə İkinci Çeçenistan müharibəsi başlanılıb.
2004-cü ildə İspaniya parlamenti eyni cinsdən olanların nikahına icazə verilib.
Azərbaycanda olan hadisələr
1918-ci ildə Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlayıb.
1992-ci ildə Nyu-Yorkda BMT qərargahında Azərbaycan Respublikasının nümayəndəliyi işə başlayıb.
1996-cı ildə Azərbaycan Respublikası Qabon ilə diplomatik əlaqələr qurulub.
2001-ci ildə Azərbaycan Respublikası "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya"ya qoşulub.
Doğumlar
1912-ci ildə Lev Qumilyov, rus tarixçi.
1924-cü ildə Cimmi Karter, ABŞ-ın 39-cu prezidenti.
Bayramlar və xüsusi günlər
Beynəlxalq Qocalar günü
Beynəlxalq Musiqi günü
Azərbaycan, Prokurorluq işçiləri günü
Nigeriya, Müstəqillik Günü (1960).