Air Asia şirkətinin təyyarəsi Belitunq adasının yaxınlığında suya düşüb

Air Asia şirkətinin təyyarəsi Belitunq adasının yaxınlığında suya düşüb
09:33 28 Dekabr 2014
133 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Malayziyanın Air Asia şirkətinin təyyarəsi pis hava şəraitinə görə Belitunq adasının yaxınlığında suya düşüb. Trend RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli KİV-lər yazır.

Xatırladaq ki, bazar günü göyərtəsində 162 nəfərə yaxın insan olan təyyarə ilə əlaqə kəsilib.

Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 6:17-da QZ 8501 reysi ilə əlaqəni itirib.

İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrutu tələb ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2348389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR